Oğurluqda şübhəli bilinərək tutulmuş paytaxt sakini Rahid Həsənovun digər cinayət əməli də müəyyən edilib
21.01.2017Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini İlhamə Şükürovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rahid Həsənov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 17-də Kamran Məmmədova məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.