Oğurluqda şübhəli bilinərək tutulmuş paytaxt sakini Sərvər Paşayevin digər cinayət əməlləri də müəyyən edilib
21.01.2017DİN Əlahiddə Çevik Polis Alayı və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Bakı şəhər sakini Cəlal Abbasova məxsus "Kamaz" markalı avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sərvər Paşayev tutulub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 3-dən cari il yanvarın 14-dək olan müddətdə 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları, habelə 2 evdən təmir-tikinti alətləri və su müəhərrikləri oğurlaması da müəyyən edilib.