Quldurluq etməklə Şəmkir rayon sakini Namiq Babayevə bıçaqla xəsarət yetirib ölümünə səbəb olmaqda şübhəli bilinən Eşqin Murtuzov tutulub
21.01.2017Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon sakini Namiq Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu və "VAZ-2107" markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Eşqin Murtuzov tutulub. N.Babayev yanvarın 21-də xəstəxanada ölüb.