Oktyabrın 31-də Bakı şəhər sakini H.Zamanovanın evindən oğurluq törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir
04.12.2016Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.
Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.