Oğurluq etdiyinə görə tutulmuş Ş.Hacıyevin daha 13 evdən və 1 sexdən oğurluq törətməsi də müəyyən edilmişdir
04.12.2016Oğurluq etdiyinə görə dekabrın 3-də tutulmuş Şahin Hacıyevin ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.