Xaçmaz rayonunun Müşkür kəndində yol-nəqliyyat hadisəsi
04.12.2016Dekabrın 4-də saat 19 radələrində Xaçmaz rayonunun Müşkür kəndində Masallı rayon sakini Samir Cəfərovun idarə etdiyi "VAZ-21154" və Cəfər Məmmədovun idarə etdiyi Cəfər Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Məmmədov və S.Cəfərovun sərnişini, Ağdam rayon sakini Allahverən Qarayev hadisə yerində ölmüş, özü və digər sərnişini isə xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.