Dekabrın 3-də S.Çaltayevanın xəsarət alması ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən sürücü saxlanılmışdır
04.12.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Sərhəd Çaltayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-2107" markalı avtomobilin sürücüsü - Xırdalan şəhər sakini Sərvər Kamalov saxlanılmışdır.