Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini Fərhad Muxtarov tutulmuşdur
23.11.2016Baş Cinayət Axtarışı İdarəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Nigar Quliyevanın evindən 1400 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Fərhad Muxtarov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 28-də Riayyət İsmayılovanın evindən 10.000 manat, 20.000 ABŞ dolları və qızıl əşyalar oğurlaması, habelə avqust ayında həmyerlisi Nail Şükürlü ilə birlikdə
Bəxtiyar Əliyevə məxsus mağazadan 260 manat pul, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.