Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Mirhəsən Əzimov və Cavid Bayramov tutulmuşlar
23.11.2016Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Bakı şəhər sakini Natiq Əliyevə məxsus "VAZ-21011" markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Mirhəsən Əzimov və Cavid Bayramov tutulmuşlar.