Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş vermişdir
23.11.2016Noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş vermişdir. Nəticədə köşkün yanar konstruksiyaları yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölmüşdür.
Araşdırma aparılır.