Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
23.11.2016Noyabrın 23-də saat 08 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Abşeron rayon sakini Ramin Əlisultanovun idarə etdiyi "Nissan" və Bakı şəhər sakini İlkin Fətullayevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Əlisultanovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Səadət Qasımova orada ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.