Bakı şəhər sakini Mehin Mahmudzadədən saxta sənədlər aşkar edilərək götürülmüşdür
23.11.2016Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehin Mahmudzadədən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən saxta pasport və Moskva şəhərində orta məktəbi bitirməsinə dair saxta attestat aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.