Soyğunçuluq etməkdə şübhəli bilinərək tutulmuş paytaxt sakini Hüseyn Hüseynovdan 1,098 qr heroin götürülmüşdür
10.11.2016Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Q.Qarayev prospektindəki ticarət mərkəzində, orada satıcı işləyən Bakı şəhər sakini Əli Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Hüseynov tutulmuşdur. Ondan 1,098 qram heroin götürülmüşdür.