Salyan rayonunun Xıdırlı kəndində yol-nəqliyyat hadisəsi
10.11.2016Noyabrın 10-da saat 21 radələrində Salyan rayonunun Xıdırlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulmuşdur. O, xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.