Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.11.2016Noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulmuşlar. Onlar xəstəxanaya yerləşdirilmiş, Ə.Əliyev orada ölmüşdür.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılmışdır.