Salyan şəhərində yol-nəqliyyat hadisəsi
10.11.2016Noyabrın 10-da saat 18 radələrində Salyan şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirova vurulmuşlar. Nəticə S.Qədirova hadisə yerində ölmüş, G.Camalova isə xəstəxanaya yerləşdirilmişdir.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.