Quldurluq etməkdə şübhəli bilinən Ağstafa rayonunun Yenigün kənd sakini Nəsib Tağıyev tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir
03.11.2016Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat 13100 ABŞ dolları pul, habelə 1000 ABŞ dolları dəyərində qızıl əşyaları aparmaqda şübhəli bilinən Yenigün kənd sakini Nəsib Tağıyev tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.