Kürdəmir şəhər sakini Zamiq Kərimova bıçaqla xəsarət yetirmiş İlkin Şərifov tutulmuşdur
03.11.2016Noyabrın 3-də Kürdəmir şəhərində Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş İlkin Şərifov münaqişə zəminində şəhər sakini Zamiq Kərimova bıçaqla xəsarət yetirmişdir.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Şərifov tutulmuşdur.