Avtomobildən mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Elmin Əliyev tutulmuşdur
03.11.2016Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da şəhər sakini Nuşirəvan Zərbəliyevə məxsus "Renault" markalı avtomobildən mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Əliyev tutulmuşdur.