Mağazadan pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini İntiqam Ağamirzəyev tutulmuşdur
03.11.2016Noyabrın 3-də Biləcəri dəmir yolu stansiyasındakı Bakı şəhər sakini Mehman Əliyevə məxsus mağazadan dam örtüyü sökülməklə 40 manat pul və geyim əşyaları oğurlanmışdır.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini İntiqam Ağamirzəyev tutulmuşdur.