Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus qaçırılmış avtomobil onu idarə edən şəxslə birgə saxlanılmışdır
03.11.2016Noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilmiş və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova ilə birgə 15-ci PB-yə təhvil verilmişdir.