Qaradağ rayonundakı ticarət mərkəzində mağazadan 100 metr parça oğurlamaqda şübhəli bilinən Ş.Əliyev tutulmuşdur
29.10.2016Oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Rəfayel Niftiyevə məxsus mağazadan 100 metr parça oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Şahmar Əliyev tutulmuşdur.