Cəlilabad rayon sakini N.Abdullayevə məxsus mağazadan oğurluq törətməkdə şübhəli bilinən N.Dadaşov tutulmuşdur
29.10.2016Oktyabrın 28-nə keçən gecə Cəlilabad rayonunun Günəşli kəndində kənd sakini Natiq Abdullayevə məxsus mağazadan 1200 manat pul və danışıq kartları oğurlanmışdır.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Natiq Dadaşov tutulmuşdur.