Xaçmaz şəhərində yaşayan M.Coşqunovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
29.10.2016Oktyabrın 29-da saat 17 radələrində Xaçmaz şəhərində yaşayan Məhəmməd Coşqunovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin 49 kvm. sahəsi yanmış, otaqlardan birinin qapısı çərçivədən çıxmış və tavanı çökmüşdür. Nəticədə ev sahibinin qohumu Füruzə Şadmanova xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.