Abşeron rayon sakini A.Məmmədovanın xəsarət alması ilə nəticələnən YNH-ni törədən sürücünün şəxsiyyəti müəyyən edilmişdir
29.10.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də rayon sakini Azadə Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Hyundai" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Emin Məmmədov tərəfindən törədilməsi müəyyən edilmişdir.