Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Babək rayon sakini Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulmuşlar

28.10.2016

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuşlar Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulmuşlar.

R.Eminovdan 8,381 qram, O.Nağıyevdən 8,164 qram və N.İsmayılovdan 10,985 qram tiryək götürülmüşdür.  

Oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
N.İsmayılovun  ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O.Nağıyev və H.Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilmidir.

28.10.2016 tarixinə olan kriminal məlumatlar