Qayığın mühərrikini oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini İbrahim Əliyev tutulmuşdur
28.10.2016Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yanalma məntəqəsində Bakı şəhər sakini Rafayel Əliyevə məxsus qayığın mühərrikini oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Əliyev tutulmuşdur.