Oğurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini Elsevər Hüseynov tutulmuşdur
28.10.2016Oktyabrın 27-də Balakən rayonunun Tülü kəndində yaşayan Hümbət Dabaxovun evindən qızıl əşyalar oğurlanmışdır.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Elsevər Hüseynov tutulmuşdur.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 24-də rayon ərazisində həmyerlisi Elxan Muradova məxsus çayxanadan pul və sənədlər oğurlaması da müəyyən edilmişdir.