Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi
28.10.2016Oktyabrın 28-də saat 13 radələrində Mingəçevir şəhərində şəhər sakinləri Elvin Cəfərov idarə etdiyi "Opel" markalı avtomobili qarşıda gedən Vüsal Mədətovun idarə etdiyi "Volksvagen" markalı avtomobilə vurmuş, "Volksvagen" markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən yolu keçən Ağdaş rayon sakini Gülay Abdullayevaya dəymişdir. Nəticədə piyada, E.Cəfərov və 1 sərnişini, habelə V.Mədətovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.