Binə qəsəbə sakini Zakir Məcidovu qətlə yetirməkdə şübhəli bilinən ruhi xəstə Rauf Cəbrayılov tutulmuşdur
04.10.2016Oktyabrın 4-də Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyiti qəsəbə ərazisindəki mağazalardan birində tapılmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulmuş və hadisə törədilərkən istifadə edilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron götürülmüşdür.