Avtomobil qaçırdığına görə tutulmuş paytaxt sakini İlkin Murğuzovun digər cinayət əməlləri də müəyyən edilmişdir
04.10.2016Oktyabrın 4-nə keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Bakı şəhər sakini Bəhruz Rüstəmova məxsus “Mercedes” markalı avtomobil qaçırılmış və idarə edildikdən sonra yerinə qaytarılmışdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlkin Murğuzov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bəkir İsayevə məxsus həyətyanı sahədən kondinsioner mühərriki və Elvin Mehdizadəyə məxsus 2 ədəd velosipedi oğurlaması da müəyyən edilmişdir.