Balakən rayonunun Qazbinə kəndində yol-nəqliyyat hadisəsi
04.10.2016Oktyabrın 4-də saat 05 radələrində Balakən rayonunun Qazbinə kəndində şəhər sakini Anar Saramanov idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişinləri həmyerliləri Əfqan Doldolov, Fazil Əzizov və Musa Orucov hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.