Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi
04.10.2016Oktyabrın 4-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Qadir Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 75 yaşlı Zaman Quliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.