Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağstafa rayon sakini Ziyadxan Vəliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
04.10.2016Sentyabrın 23-də saat 20 radələrində Ağstafa rayonunun Böyük-Kəsik kəndində rayon sakini Turan Mirzəyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Ziyadxan Vəliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də orada ölmüşdür.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.