Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şəhriyar Həsənov tutulmuşdur
24.07.2016Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də Bakı şəhər sakini Ramil Ağayevin 250 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Həsənov tutulmuşdur.