Avtomobil qaçırmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Ramil Məmmədov tutulmuşdur
24.07.2016İyulun 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsindən Bakı şəhər sakini Zaur Əsgərova məxsus “VAZ-21063” markalı avtomobil qaçırılmışdır.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Ramil Məmmədov tutulmuşdur.