Quldurluq etmiş Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Xətai Mövləverdiyev saxlanılmışdır
24.07.2016İyulun 24-də Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Aynurə Abdullayeva RPŞ-yə müraciət edərək həmin gün saat 03 radələrində yaşadığı evə pəncərədən girmiş şəxsin onu bıçaqla hədələyərək oradan 1500 manat dəyərində qızıl əşyalar aparmasını bildirmişdir.
Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Xətai Mövləverdiyev saxlanılmış, onun sərxoş halda olması müəyyən edilmişdir.
Araşdırma aparılır.