Şirvan şəhər sakini Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq avtomobilinin alınmasını bildirmişdir
24.07.2016Cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq “Daewoo” markalı avtomobilinin alınmasını bildirmişdir.
Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı N.Nəhmədovun “Nikoyl Bank”a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilmişdir.