Göyçay rayonunun Lək kəndində yol-nəqliyyat hadisəsi
24.07.2016İyulun 24-də saat 20 radələrində Göyçay rayonunun Lək kəndində kənd sakini Hümbət Qədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Qurban İbrahimovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.İbrahimov orada ölmüşdür.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.