İsmayıllı rayonunun Külüllü kəndində yol-nəqliyyat hadisəsi
29.08.2007Saat 09.00 radələrində İsmayıllı rayonunun Külüllü kəndində Bakı şəhər sakini Vahid Vəliyev "VAZ-21099" markalı avtomaşını idarə edərkən Ağdam rayon sakini Misir Tağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Tağıyev orada ölmüşdür. İsmayıllı RPŞ tərəfindən araşdırmalar aparılır.