Masallı rayonunun Xıl kəndində yol-nəqliyyat hadisəsi
29.08.2007Saat 19.45 radələrində Masallı rayonunun Xıl kəndində Lənkəran şəhərində Alim Ağayevin idarə etdiyi "Kamaz" markalı və Masallı rayon sakini İlkin Mirzəyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Mirzəyev hadisə yerində ölmüşdür. Masallı RPŞ tərəfindən araşdırmalar aparılır.