Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.08.2007Avqustun 29-da saat 06:30 radələrində Qaradağ rayonu ərazisində Sabirabad rayon sakini Elman Xəlilovun idarə etdiyi "VAZ-2106" markalı və İran İslam Respublikası vətəndaşı Əsəd Ocaqiyyə Nəhmət oğlunun idarə etdiyi "VOLVA" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Xəlilov orada ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.