Ağstafa rayonundakı H.Əliyev küçəsində yerləşən maye qaz doldurma məntəqəsində yanğın baş vermişdir
29.08.2007Saat 11.40 radələrində Ağstafa rayonundakı H.Əliyev küçəsində yerləşən, Zəlimxan kənd sakini Rəhim Kərimova məxsus maye qaz doldurma məntəqəsində qazın sızması nəticəsində yanğın baş vermişdir. Nəticədə yanıq xəsarətləri almış R.Kərimov, rayon sakinləri Afinə Mahmudova, Şəlalə Musayeva, Cavahir Musayeva, Cavahir Məmmədova, Seymur Aşurov, Tamella Qasımova, İsgəndər Pənahov və Bakı şəhər sakini Kamran Mikayılov xəstəxanaya yerləşdirilmişlər. A.Mahmudova orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. Araşdırmalar aparılır.