Zaqatala rayonunda yerləşən Cümə məscidinin nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Aslanov tutulmuşdur
12.07.2016İyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanmışdır.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulmuşdur.