İyunun 21-də M.Əliyevaya bıçaqla yüngül xəsarət yetirmiş Tərtər rayon sakini A.Ağacanov tutulmuşdur
12.07.2016Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Maral Əliyevaya bıçaqla yüngül xəsarət yetirmiş rayon sakini Azər Ağacanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il may ayının 21-də Azad Qaraqoyunlu kəndində yaşayan N.Məmmədovanın evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.