Xəzər rayon sakini B.Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki pulu və mobil telefonu götürməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov tutulmuşdur
12.07.2016İyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürmüşdür.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulmuşdur.