Bakı şəhər sakini E.İsmayılovanın pul kisəsindən pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Mustafayev tutulmuşdur
12.07.2016Cari il may ayının 17-də Nəsimi rayonu ərazisindəki mağazalardan birində Bakı şəhər sakini Elnarə İsmayılovanın pul kisəsindən 150 manat pul oğurlanmışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramin Mustafayev tutulmuşdur.