Göyçay şəhərində münaqişə zəminində üç nəfərə bıçaqla xəsarət yetirmiş O.Qasımov tutulmuşdur
07.07.2016İyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirmişdir.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulmuşdur.