Bakı şəhər sakini G.Hüseynovaya məxsus gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən Şabran rayon sakini N.Əliyev tutulmuşdur
07.07.2016İyulun 6-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini G.Hüseynovaya məxsus gözəllik salonundan açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlanmışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Nurlan Əliyev tutulmuşdur. Ondan 0,162 qram heroin götürülmüşdür.