İyulun 5-də G.Behbudova məxsus evdən pul oğurlamış Bakı şəhər sakinləri R.İbrahimov və P.Müqbilov tutulmuşlar
07.07.2016Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də Gümrah Behbudova məxsus evdən 150 manat pul oğurlamış Bakı şəhər sakinləri Ramil İbrahimov və Pərxan Müqbilov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini Natiq İsayevlə birgə daha 2 evdən pul və qızıl əşyalar oğurlmaları müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə N.İsayev tutulmuşdur.